MOTOR CLINIC – Göstərilən xidmətlər
Motor Clinic avtomobillərin texniki təmiri, diaqnostikası və zəmanət təminatı üzrə müasir avadanlıqlarla təchiz olunmuş peşəkar servis mərkəzidir. Mərkəzimizdə müxtəlif markalı avtomobillər üçün aşağıdakı xidmətlər təqdim olunur.
Avtomobilin kuzov hissəsində baş vermiş deformasiya, əzilmə və digər mexaniki zədələrin aradan qaldırılması həyata keçirilir. Təmir prosesi xüsusi avadanlıqlar vasitəsilə kuzovun ilkin formasının bərpasını təmin edir.
Kuzov bərpası
Xüsusi avadanlıq
Avtomobilin kuzov hissəsinin tam və ya lokal boyanması, rəng uyğunlaşdırılması və boya qatının bərpası yüksək keyfiyyətli materiallar və texnologiyalar vasitəsilə həyata keçirilir.
Rəng uyğunlaşdırma
Keyfiyyətli material
Avtomobilin daxili və xarici avadanlıqlarının sökülməsi və quraşdırılması, kuzov elementlərinin montajı və demontajı üzrə bütün armatur işləri peşəkar ustalar tərəfindən icra olunur.
Montaj/Demontaj
Peşəkar usta
Avtomobilin mexaniki hissələrinin təmiri və bərpası, müxtəlif texniki nasazlıqların aradan qaldırılması və detalların dəyişdirilməsi üzrə çilingər xidmətləri göstərilir.
Mexaniki təmir
Detal dəyişimi
Avtomobilin təkər bucaqlarının düzgün tənzimlənməsi (razval) və təkərlərin balanslaşdırılması həyata keçirilir. Bu xidmət avtomobilin yolda stabil hərəkətini təmin edir, təkərlərin bərabər aşınmasına kömək edir və sükan idarəetməsinin dəqiqliyini artırır.
Stabil hərəkət
Sükan dəqiqliyi
Avtomobilin mühərrik və transmissiya sistemlərində yaranmış nasazlıqların diaqnostikası və təmiri həyata keçirilir. Zəruri hallarda komponentlərin bərpası və ya dəyişdirilməsi təmin olunur.
Diaqnostika
Bərpa/Dəyişmə
Hibrid və elektrik avtomobillərinin yüksək gərginlikli sistemlərinin diaqnostikası, təmiri və texniki xidməti üzrə ixtisaslaşmış xidmətlər təqdim olunur.
Yüksək gərginlik
EV/Hybrid servis
Çin istehsalı olan avtomobillər üçün proqram təminatı ilə bağlı aşağıdakı xidmətlər göstərilir:
Software xidmət
Dil dəyişimi
Motor Clinic tərəfindən yeni və işlənmiş avtomobillər üçün 1 ildən 5 ilə qədər zəmanət proqramı təqdim olunur. Zəmanət proqramı avtomobilin texniki vəziyyətindən və istismar xüsusiyyətlərindən asılı olaraq fərdi qaydada rəsmiləşdirilir.
Zəmanətə daxil olan əsas komponentlər:
1–5 il zəmanət
Fərdi rəsmiləşdirmə